Zakir Həsənov Orduya göstəriş verdi


Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, müdafiə nazirinin müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, göstərişə əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.(modern.az)

DİGƏR XƏBƏRLƏR

Top