Münbiçdəkı partlayışda 2 amerikalı əsgər ölüb - YENİLƏNİB​


Suriyanın Münbiç şəhərində törədilən partlayış nəticəsində 2 amerikalı hərbçi, 1 PKK/PYD üzvü və 9 mülki şəxs ölüb. Yeniavaz.com Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, partlayış zamanı 20-dən çox nəfər də yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. ABŞ-ın 4 hərbçisi yeməkxanada yemək yeyərkən patlayış baş verib.  ABŞ ordusu yaralanan və ölən hərbçiləri helikopterlərlə təxliyə edib.

*** 17:01
Suriyanın Mənbiç şəhərində törədilən partlayış nəticəsində 6 nəfər həlak olub və azı 19 nəfər yaralanıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, insident Amerika hərbçiləri patrul fəaliyyəti həyata keçirərkən baş verib. Hadisə Münbiçdəki bazarın yaxınlığında, kafedə yerli hərbi şuranın liderləri və qeyri-müəyyən nümayəndə heyətinin üzvləri olarkən qeydə alınıb. 

DİGƏR XƏBƏRLƏR

Top