İdxal olunan məhsullarının üzərində niyə Azərbaycan dilində məlumat olmur?


Marketlərdə satılan və xarici ölkələrdə istehsal olunduğu bildirilən bəzi məhsulların üzərində Azərbaycan dilində qeydlər olmur. Yeniavaz.com xəbər verir ki, ölkəyə idxal olunan məhsulların üzərində Azərbaycan dilində qeydlərin olması məcburidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsində açıq şəkildə yazılır ki, Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. 
Belə olan halda bu məhsul marketlərdə necə satışa çıxarılır? Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Şahin Cəfərov bildirdi ki, əslində bu cür məhsullar idxal olunmur: "Bu məhsullar xarici məhsul adı ilə müvafiq lisenziya olmadan, vergi uçotuna alınmadan ölkə daxilində istehsal olunur. Belə məhsullar qanuni şəkildə ölkəyə məhsul idxal edən və istehsalla məşğul olan şirkətlərin işinə mane olur. Bu həm də ölkə iqtisadiyyatına zərər vurur. Belə götrünür ki, bu məhsullar marketlərə əlaqadar qurumların qeyri -rəsmi icazəsi (göz yumması) nəticəsində daxil olur".
Məlumat üçün xatırladaq ki, paytaxtın bəzi marketlərind satılan "Krestyanskoe" ("Крестьянское") adlı duzsuz kərə yağının üzərində Azərbaycan dilində heç bir məlumat olmayıb. Üzərində yalınız rus dilində Belarus Respublikasında istehsal olunduğu qeyd olunan məhsulun ölkəyə hansı şirkət tərəfindən idxal olunduğu barədə də heç bir məlumat yoxdur.

 

DİGƏR XƏBƏRLƏR

Top