Türkiyədə 165 yaşlı seçici səs verəcək - VİDEO


Türkiyə Yüksək Seçim Qurumunun (TYSQ) bələdiyyə seçkiləri üçün yaydığı siyahıya əsasən 165 yaşlı seçici mart ayının 31-də referendumda iştirak edəcək.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayseri şəhərində yaşayan 165 yaşlı Ayşə Əkici, Türkiyədə qadınlara səsvermə hüququnun verilməsindən bu yana ilk dəfə səs verəcək.
Seçici siyahılarında Ayşə Əkici ilə yanaşı soyadları bəlli olmayan 148 yaşlı daha bir Ayşə və 149 yaşlı Zülfü adlı vətəndaşlar da var. Siyahıda adları olan insanların sağ olub-olmaması haqqında isə hər hansı məlumat yoxdur.
Cümhuriyyət Xalq Partiyasının sədr müavini Onursal Adıgözəl, Yüksək Seçim Qurumunun seçici siyahılarına laqeyd yanaşmasını Türkiyə Böyük Millət Məclisində dilə gətirib.
O. Adıgözəl ötən il iyunun 24-də keçirilən prezident seçkiləri zamanı TYSQ-yə xəbərdarlıq etdiklərini, ancaq qurumun onlara məhəl qoymadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top