Lavrov Bakıdakı erməni barədə danışdı


Ümid edirəm ki, Azərbaycanda saxlanılmış erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov-Qalustyanın ölkəyə qayıtması məsələsi dialoq yolu ilə həll etmək mümkün olacaq.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib: “Sizi əmin edirəm ki, bu mövzu bu yaxınlarda azərbaycanlı həmkarlarımızla danışıqlar zamanı səsləndirilib. Ümid edirəm ki, hüquqi normalara söykənən dialoq və həll yolu ilə hamını qane edən nəticə əldə ediləcək və bu vətəndaşı Rusiyaya qaytara biləcəyik”.
Xatırladaq ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Maratv Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər Marat Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya Marat Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.
2017-ci ilin aprelində məhkəmənin hökmü ilə Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Top