Mingəçevirdə yaşayan Allahverdi Əliyev uzun illərdir saxladığı sümüyün dinozavra məxsus olduğunu iddia edir. Yeniavaz.com xəbər verir ki, 80 yaşlı kişi nəhəng canlının omba sümüyünü övladının Mingəçevir su anbarının ərazisində, köhnə Öcək kəndi ərazisindən tapdığını bildirir.
Mingəçevir sakini tapıntının ilk əvvəl fil sümüyü olduğunu düşünüb, amma laboratoriya cavabından sonra dinozavrın omba sümüyü olduğunun təsdiqni tapdığını deyir.
Mingəçevir kəndinin sakini olan Allahverdi Əliyev ata nənəsinə aid olan qədim qabları da qoruyub saxlayır. 2 əsrdən çox yaşı olan əşyaların üzərində olan işarələr, naxışlar, qədim qabların həmin dövrün sənətkarlıq nümünəsi olduğunu göstərir.
İllərdir saxladığı qədim əşyalara yüksək məbləğ təklif edilməsinə baxmayaraq, Allahverdi Əliyev onları satmayıb.
Şəhər sakini qədim əşyaları tarixi tapıntı olaraq gənc nəsillərə ötürməyə çalışır.
Esmira Hidayətova, Mingəçevir