Kimin daha çox kitabı var? - MDB ölkələrinin SİYAHISI


Dünən Prezident İlham Əliyev tərəfindən imzalanan "Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmana əsasən Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib. Yeniavaz.com xəbər verir ki, Fərmana əsasən ləğv edilən kitabxanaların əvəzinə yeni kitabxana sisteminin yaradılması məqsədilə komissiya yaradılıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən kütləvi kitabxanaların böyük əksəriyyəti - 98,7%-i Mədəniyyət Nazirliyinin tabeliyndədir. Açıqlanan sonuncu rəsmi statistikaya görə, Azərbaycanda 2978 kütləvi kitabxana mövcuddur və onların 2939-u Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərir. Azərbaycan müstəqillik əldə etdiyi zaman SSRİ-dən bizə 4909 kütləvi kitabxana "miras" qalıb. Müstəqillik dövründə isə kitabxanaların sayı 40% azalıb. 1991-2017-ci illər ərzində ümumilikdə 1790 kitabxana ləğv olunub.
Kitabxanaların sayı ilə bərabər kitabların sayında da ciddi azalma baş verib. Sovetdən bizə "miras" qalan 45,9 milyon kitabdan 13,7 milyon nüsxə müstəqillik dövründə kitabxanalardan "yoxa çıxıb". Açıqlanan son məlumata görə kütləvi kitabxanalarda 32,2 milyon nüsxə kitab mövcuddur.
Kitabxana və kitabların sayının azalması və əhalinin sayının artması fonunda adambaşına düşən kitab sayında kəskin azalma qeydə alınıb. Əhalinin hər min nəfərinə düşən kitab sayı 1991-2017-ci illər ərzində 2 dəfəyə yaxın azalaraq 6271 nüsxədən 3289 nüsxəyə düşüb.
Azərbaycan kitabların sayına görə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında da sonuncu sırada yer alır. Açıqlanan rəsmi statistikaya görə, Azərbaycanda hər kitabxananın payına orta hesabla 11 min nüsxə kitab düşür. Bu göstərici, yəni hər kitabxanaya düşən orta kitab sayı Belarusda 21,4 nüsxə, Ermənistanda 23,7 min, Qazaxıstanda 28,2 min, Qırğızıstanda 18,2 min, Moldovada 11,6 min, Rusiyada 21,9 min, Türkmənistanda 15 min, Ukraynada 14,7 min nüsxə təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top