Serbiya Prezidenti: "Mən həmişə Putinlə məsləhətləşirəm"


Mən həmişə Rusiya Prezidenti Vladimir Putinlə məsləhətləşirəm. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib. O bildirib: “Mən ondan məsləhət istəyirəm, məsləhət tələb edirəm, ondan məsləhət verməsini xahiş edirəm. Baş verənlərlə bağlı onu məlumatlandırıram, yalan danışmıram, onun həmişə heç də hər şey xoşuna gəlməməsinə baxmayaraq, həqiqəti deyirəm. Fikrimcə, bu, Prezident Putinin çox hörmət etdiyi şeylərdən biridir. Və mən buna hörmət edirəm, çünki o, böyük ölkənin, mən isə isə kiçik ölkənin lideriyəm”. A. Vuçiç qeyd edib ki, Serbiya Rusiyanın etibarlı tərəfdaşıdır və öz vədlərinə möhkəm sadiq qalır: “Prezident Putin Serbiyada çox populyardır. Putinin Serbiyada populyarlığının səbəblərindən biri odur ki, Rusiya Serbiyanı soyqırım damğasından (Britaniyanın BMT qətnaməsinə əsasən, serbləri keçmiş Yuqoslaviya ərazisində soyqırım törətmiş xalq kimi tanımaq)  xilas edib. Biz 2015-ci ili heç vaxt unutmayacağıq, həmin vaxt Lavrov və Çurkin Putinin göstərişi ilə Serbiyanı soyqırım törətmiş xalq damğasından xilas ediblər”.

DİGƏR XƏBƏRLƏR

Top