
Ötən il Azərbaycan vətəndaşları Türkiyədən 1250 mənzil, dekabr ayı ərzində isə 166 mənzil alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-ci illə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2017-ci il ərzində azərbaycanlılar Türkiyədən ötənilkindən 308 mənzil az - 942 mənzil satın alıblar. Ötən ilin dekabr ayında isə azərbaycanlılar Türkiyədən 166 mənzil satın alıblar və bu 2017-ci ilin dekabr ayındakı göstəricidən 75 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları ötən il Türkiyədən ümumilikdə 40 min 44 mənzil satın alıblar. Bu isə 2017-ci illə müqayisədə 78,5% və ya 17 min 616 mənzil çox olub. Ötən il Türkiyədən ev alan əcnəbilər arasında İraq, İran, Səudiyyə Ərəbistanı, Rusiya, Əfqanıstan, Almaniya, Küveyt, İordaniya və Azərbaycan vətəndaşları üstünlük təşkil edib. Belə ki, ötən il İraq vətəndaşları Türkiyədən 8205, İran vətəndaşları 3652, Səudiyyə Ərəbistanı vətəndaşları 2718, Rusiya vətəndaşları 2297, Əfqanıstan vətəndaşları 2084, Almaniya vətəndaşları 1866, Küveyt vətəndaşları 2199, İordaniya vətəndaşları isə 1362 mənzil alıblar.