Kanada öz vətəndaşı üçün Çindən mərhəmət istəyib


Kanada hökuməti, Çinin Liaoninq əyalətinin Dalien şəhərində narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmaqdan haqqında əvvəlcə 15 il, sonra isə edam cəzası verilən kanadalı Robert Loyd Şelenberqin əfv edilməsi üçün rəsmi olaraq mərhəmət tələb edib.

Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın xarici işlər naziri Kristia Friland jurnalistlərə verdiyi müsahibəsində Şelenberq üçün rəsmi mərhəmət tələbini Çinin Ottavadakı səfirliyinə ünvanladığını bildirib.

Kanadanın baş naziri Castin Trudeau məhkəmənin qərarından sonra Çinin edam cəzası verməklə özbaşınalıq etdiyini bildirmiş və Robert Loydu azad etmək üçün əlindən gələni edəcəyini demişdi.
 Digər tərəfdən Şelenberqin ailəsi isə bu məsələnin tamamilə iki ölkə arasında son zamanlarda yaranan siyasi xaosun bir parçası olduğunu fikirləşir. Ailə fərdlərinin fikrincə Çin məhkəməsinin belə bir qərar verməsinin başlıca səbəbi ötən il dekabr ayının birində “Huawei” şirkətinin baş mühasibi Minq Vankonun Kanada da saxlanması olub.

DİGƏR XƏBƏRLƏR

Top