İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə verdi


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirilməsi ilə bağlı müraciətinə cavab verib.

BŞİH yanvarın 19-da 15:00-dan 17:00-dək keçmiş ”Məhsul” stadionu adı ilə tanınan məkanda mitinq keçirilməsinə razılıq verib.

Mitinq “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) baş tutmalıdır. 

Toplantı təşkilatçılarından xahiş olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top