15 ilə yaxındır hazırladığı qurğu vasitəsi ilə həm su qalxmayan sahələri suvarır, həm də rahat balıq tutur. Yeniavaz.com xəbər verir ki, Yevlax sakini Əli Xəlilov atası ilə birgə sərfəli qurğunu dəmir parçaları, armaturlar vasitəsilə 3 həftəyə hazırlayıb.
Qarabağ kanlından ayrılan qolda quraşdırlan qurğu, heç bir enerji sərf etmədən suyun və küləyin hərəkəti ilə işə düşərək, suyu 5 metr hündürlüyə qaldırır.
Xüsusi hazırlanmış boruya tökülən su vasitəsilə 10 hekatara yaxın otlaq və əkin sahələrini suvarmaq mümkündür. Əli Xəlilovun sözlərinə görə, qurğunun kanaldan hündürlüyə ötürdüyü su, bir artezian quyusundan çıxan sudan çox olur.
Yevlax sakininin hazırladığı qurğuya maraq böyükdür. Ən diqqətçəkən məqam isə bəzi vaxtlarda qurğunun üzərinə quraşdırlan kiçik qablardan balıqların boruya tökülməsidir.
Hazırda sahələrin suvarılmasını həyata keçirən Əli Xəlilov qurğunu daha da təkminləşdirməyi düşünür.
Esmira Hidayətova, Yevlax