Futbol oynayan zaman futbolçunu ildırım vurub - VİDEO


Braziliyada güclü yağış və qasırğa zamanı oynanan futbol oyunu zamanı futbolçulardan birini ildırım vurub. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Braziliyada 20 yaşa kimi futbolçulardan ibarət liqada Aqua Santa və Atletiko Mineryo komandaları arasında keçirilən müsabiqə güclü yağış və qasırğa altında başlayıb. Oyunun 47-ci dəqiqəsində kameralar yerdə uzanmış Atletiko komandasının üzvünü çəkərkən ildırım düşüb.

Meydançanın suyun içində olması, cərəyanın bütün stadiona yayılmasına səbəb olub. Futbolçuların bu cərəyanı hiss etməsi kadrlardan da müşahidə olunub.
Həmin andan etibarən meydançanı tərk edən futbolçulardan Aqua Santalı Enrike özünü itirib. Bu zaman məlum olub ki, ildırım həmin futbolçu vurub. Xəstəxanaya aparılan futbolçunun vəziyyətinin yaxşı olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top