Yerli və əcnəbi arıçılar Bakıda toplaşır - SƏBƏB


Yanvarın 26-27-də Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.

Yeniavaz.com Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, konfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır.

Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər.

Konfransda, həmçinin müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları da iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top