Avtomobil oğurlayan keçmiş məhkum: "Oğurlamışam yaxşı eləmişəm" - VİDEO


Şamaxıda avtomobil oğrusu saxlanılıb. Rayon sakini Yafəs Əliyev Daxili İşlər Nazirliyinin (DİN) 102 Çağrı Mərkəzinə zəng vuraraq yaşadığı evin qarşısından ona məxsus “VAZ-2106” markalı avtomobilin oğurlandığını bildirib.

RPŞ əməkdaşları daxil olan məlumat əsasında axtarış tədbirlərinə başlayıb. Çox keçmədən avtomobilin Bakı şəhərində olduğu müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini Hüseyn Məmmədşuri saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib. Avtomobil rayona gətirilərək sahibinə təhvil verilib.

Qeyd edək ki, Hüseyn Məmmədşuri əvvəllər də bu və başqa səbəbdən iki dəfə məhkum olunub.

Faktla bağlı cinayət işi açılıb, Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top