Çinin Ayda əkdiyi pambıq cücərib


Çin Milli Kosmos Agentliyi “Change-4” kosmik gəmisi ilə Aya aparılan pambıq toxumlarının cücərdiyini bildirib. Yeniavaz.com “BBC”-yə istinadla xəbər verir ki, bu hadisə Ayda ilk dəfə bioloji bir maddənin böyüməsi deməkdir və bu bəşər tarixinin ən böyük nailiyyətlərindən biridir.

Qeyd edək ki, “Change-4” bu il yanvar ayının 3-də Aitken hövzəsində tədqiqat aparılması üçün Ayın qaranlıq tərəfinə enmişdi. Kosmik gəmi bu enişlə də tarixdə bir ilkə imza atmışdı. Gəmi ərazinin bioloji xüsusiyyətlərini tədqiq etmək üçün lazım olan avadanlıqlardan başqa pambıq və kartof toxumu, maya və milçək yumurtaları da aparıb. İndiyə qədər Beynəlxaıq Kosmik Stansiyalarda bitki yetişdirilsə də, Ayda bu bir ilkdir.

DİGƏR XƏBƏRLƏR

Top