“New-York Times” Ərdoğanın karikaturası ilə Trampı tənqid edib


ABŞ Prezidenti Donald Trampın bir gün əvvəl "Tvitter"də yayımladığı “Türkiyə Suriyadakı kürdlərə hücum edərsə, onları müflis edəcəyik” sitatına ABŞ mediasında geniş yer verilib. Ölkənin ən nüfuzlu qəzeti mövzunu Türkiyə Prezidenti  R. T. Ərdoğanın təsvir olunduğu karikatura ilə gündəmə gətirib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Donald Trampın tez-tez istifadə etdiyi və bu səbəblə ictimaiyyətin qınaq obyektinə çevrildiyi Tvitterdə dünən yayımladığı sözlər növbəti siyasi xaosa yol açıb. Belə ki, Ankara-Vaşinqton münasibətləri bu səbəblə müəyyən qədər sarsılıb. 

Trampın bu sözləri Türkiyə ilə yanaşı ABŞ mediasının da əsas gündəminə çevrilib. “New-York Times” qəzetinin rəssamı  Patrik Çabate bir karikatura ilə Trampı tənqid edib. Karikaturada Trampın "Tvitter"dəki sitatını oxuyan Ərdoğana köməkçisi belə deyir: “Məsələyə müsbət tərəfdən baxsaq, deməli Tramp ən yaxın müttəfiqləri ilə bu tərzdə danışır”. “New-York Times” karikaturanı “Tramp yenə Tweet yazır” sərlövhəsi ilə yayımlayıb.

DİGƏR XƏBƏRLƏR

Top