Netanyahu iranlılara səsləndi: Çıxın oradan


İsrail İranın Suriyada iştirakına qarşı aqressiv siyasətini davam etdirəcək. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. O bildirib: “Qarşımızda vacib faktor var: İran və onun silahları, eləcə də İranın davam edən yalanı. Mən iranlılara deyirəm ki, onlar Suriyadan mümkün olduğu qədər tez çıxsınlar, çünki aqressiv siyasətimizi davam etdirəcəyik”. B. Netanyahunun sözlərinə görə, İran nüvə proqramı üzrə sazişlə bağlı yalan danışır, indi isə günahsız peykin kosmosa buraxılması barədə yalan danışır. Əslində isə o, qitələrarası raketin ilk pilləsini yaratmaq istəyir”. Xatırladaq ki, B. Netanyahu yanvarın 13-də bəyan etmişdi ki, İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq naminə qonşu ölkədə İran obyektlərinə hücumları artırmağa hazırdır.

DİGƏR XƏBƏRLƏR

Top