Putin maaş və pensiyasını hansı bankdan alır?


Rusiya Prezidenti Vladimir Putin əmək haqqı və pensiyasını “Rossiya” bankının kartı ilə alır. Yeniavaz.com AİF-ə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Krım Rusiyaya ilhaq edildikdən sonra dövlət başçısı Rusiya əleyhinə sanksiyalara ilk məruz qalanlardan biri olduğuna görə məhz bu bankı seçib. D. Peskov bununla belə, V. Putinin hərbi pensiyasının məbləğini açıqlamayaıb: “Bu barədə məlumatım yoxdur. Prezident və Baş nazirin məvacibləri Prezident fərmanı ilə müəyyənləşdirilir”. O əlavə edib ki, Rusiya lideri ildə bir neçə dəfədən artıq olmayaraq nağd pul xərcləyir: “Məsələn, bu, Prezident dağda xizək sürərkən kafeyə daxil olarkən baş verir”.

DİGƏR XƏBƏRLƏR

Top