Terror qruplaşması Afrikada şəhər ələ keçirdi


“İslam dövlətinin Qərbi Afrika vilayəti”  (ISWAP) terror qruplaşması yanvarın 14-də Nigeriyanın şimal-şərqindəki Rann şəhərini ələ keçirib. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, Nigeriya qoşunları terrorçulara müqavimət göstərib, lakin şəhəri əllərində saxlaya bilməyiblər. Atışma zamanı silahlılar evlərin bir qismini yandırıblar. Yerli sakinlər qaçmağa məcbur olublar. Ölən və yaralılar barədə məlumat verilmir. ISWAP üzvləri 2018-ci ilin noyabrında bir neçə gün ərzində Nigeriya ordusunun 100-dən çox hərbçisini öldürüblər. ISWAP-ın daha əvvəlki adı “Boko haram” olub.

DİGƏR XƏBƏRLƏR

Top