Danışılmış oyunlarla bağlı seminar keçirildi


Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Yeniavaz.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutan tədbirdə UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Gənc futbolçu olaraq danışılmış oyun haqqında nələri bilməliyik” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub.

O, yekundan futbolçuların suallarını cavablandırıb.

DİGƏR XƏBƏRLƏR

Top