ABŞ-da güllələnərək öldürülən azərbaycanlı gəncin FOTOLARI + VİDEO


Yanvarın 14-də Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində "Fixer Electronic Repair" dükanının sahibi, 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Verilən məlumatda qeyd olunur ki, yaralı xəstəxanada vəfat edib. Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də yaxalanmayıb. 
Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul idi. Bir neçə il əvvəl ABŞ-a köçüb. Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub. 



 

DİGƏR XƏBƏRLƏR

Top