Çərpələng Festivalında faciə yaşanıb


Hindistanın Qucerat əyalətində hər il keçirilən ənənəvi çərpələng festivalında, çərpələng məftilləri 3 nəfərin ölümünə səbəb olub.
Yeniavaz.com Türkiyənin "Sözcü" qəzetinə istinadən xəbər verir ki, Hindistanın NDTV kanalı belə bir xəbər yayıb. “Uttarayan” adı verilən beynəlxalq festivalda biri uşaq olmaqla üç nəfərin boğazını çərpələng məftili kəsib və nəticədə hər üç şəxs həyatını itirib.
Mehsana polis bölməsi 8 yaşlı Təhjib Xanın velosiped sürərkən çərpələng məftilinin boğazını kəsməsi nəticəsində öldüyünü bildirib.
Səlahiyyətli şəxslərin mətbuata verdiyi məlumatda məlum olub ki, Rajkot, Əhmədabad, Surat və Vadodara şəhərlərində 59 nəfər də eyni səbəbdən bədən xəsarətləri alıb. Qeyd edilib ki, festival başladıqdan bəri 117 nəfər də evlərin üstünnən düşərək yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top