Ramil Usubov iki generalın yerini dəyişdi


Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbəri DİN-dən təsdiqləyiblər.(Unikal.org)

DİGƏR XƏBƏRLƏR

Top