Bakının bu ərazilərində qaz olmayacaq


Bu gün Bakının 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Biləcəri qəsəbələri və Motodrom yaşayış sahəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Yeniavaz.com-a verilən məlumata görə, buna səbəb Bakının Binəqədi rayonunun Cavadxan küçəsində diametri 159 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı aparılacaq işlərdir.

Saat 10:00-dan təmir işləri tamamlananadək yuxarıda qeyd olunan ərazilərdə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

DİGƏR XƏBƏRLƏR

Top