Ağdaşda velosipedçi qəzada öldü


Ağdaş rayonunda ölüm və xəsarətlənəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mürsəl kəndiyaxınlığından keçən magistral yolda baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top