Polşada bıçaqlanan şəhər meri öldü


Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç həyatını itirib. Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, faktı ölkənin Səhiyyə naziri Lukaş Şumovski təsdiqləyib. Xatırladaq ki, yanvarın 13-də əvvəl məhkum olunmuş, 27 yaşlı Qdansk sakini konsert zamanı merə hücum edərək onu ağır yaralamışdı. Pavel Adamoviçin olduğu səhnəyə çıxan qatil əvvəllər qanunsuz həbs edildiyini qışqırmışdı.
Qdansk şəhər məhkəməsi cinayətkar barəsində 3 ay müddətinə həbs qərarı verib.

DİGƏR XƏBƏRLƏR

Top