Latın Amerikasının 11 hökuməti ABŞ-ın göstərişi ilə Venesuela Prezidenti Nikolas Maduronu devirmək məqsədi ilə ölkədə siyasi vəziyyəti gərginləşdirməyə çalışır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri Xorxe Arreasa özünün “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay və Peru rəhbərləri Venesuela hakimiyyətinin legitimliyini müəyyənləşdirmək üçün qanunsuz olaraq üzərlərinə səlahiyyət götürürlər: “Ölkə hakimiyyəti bu cür düşmən hərəkətləri ətraflı təhlil edəcək və qərar qəbul edəcək”.
XİN rəhbəri: 11 ölkə Maduronu devirmək istəyir