
Sumqayıt - H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq.
Bu barədə Yeniavaz.com-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.