"Putin bu gün hamıdan əvvəl Paşinyanı təbrik etdi, bəs deyirdiniz Ermənistanı siyahıdan silib?" - Politoloq


"Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı parlament seçkisindəki qələbəsi münasibətilə təbrik etməyib” şüarına bizdə çox aludə olanlar var idi. “Təbrikin gecikməsini” əlində rəhbər tutaraq Kremlin Ermənistandan vaz keçəcəyini iddia edirdilər. “Sevincimiz” uzun çəkmədi". Yeniavaz.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
"Budur, Rusiya prezidenti bu gün hamından əvvəl Nikol Paşinyanı baş nazir təyin edilməsi münasibəti ilə təbrik edib. Bu dəfə Putin Paşinyanı təbrik məsələsində hamını qabaqladı. Bəs buna nə deyirsiniz?

Əlbəttə, Putinin Paşinyandan xoşu gəlməyə bilər, ancaq bu heç nəyi dəyişmir. Kreml Paşinyandan və ya bir başqa erməni siyasətçidən imtina edə bilər, ancaq Cənubi Qafqazdakı son forpostu olan Ermənistandan əsla imtina etməyəcək. Putinin Paşinyana göndərdiyi təbrik məktubundakı bu sözlər də deyilənlərə sübutdur: "Hesab edirəm ki, bizim dialoqumuz və konstruktiv birgə işimiz Rusiya-Ermənistan qarşılıqlı ittifaq fəaliyyətinin möhkəmlənməsinə, həmçinin Avrasiya məkanında inteqrasiya proseslərinin irəliləyişinə imkan yaradacaq. Bu, şübhəsiz, bizim qardaş xalqlarımızın maraqlarına cavab verir",-deyə politoloq vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top