Çavuşoğlu Trampın təhdidinə cavab verdi: Bu millət ac qalar, ancaq...


“Strateji tərəfdaşlar “Twitter”, sosial şəbəkə vasitəsi ilə danışmır”.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın Ankaraya qarşı təhdidlərinə cavab verərkən deyib.
O bildirib: “  Trampın daxildəki çətinliklərini bilirik. Üzərində təzyiq var. Təhlükəsizlik qüvvələri ABŞ-ın Suriyadan çıxmaması üçün ona təzyiq göstərir. Son tviti daxili siyasət mövzusu olduğunu bilirik. Müttəfiqlər “Twitter”, sosial şəbəkə vasitəsi ilə danışmaz. İstifadə etdiyi təhdid dilinə gəlincə, biz heç bir təhdiddən qorxmayacağımızı və çəkinməyəcəyimizi dəfələrlə dedik. Türkiyəni iqtisadi olaraq təhdid etməklə bir şeyə nail olmaq mümkün deyil. Biz bütün çətinliklərə baxmayaraq, Türkiyə olaraq nə lazımdırsa, onu edərik. Bir tərəfdə iqtisadi çətinliklər, digər tərəfdə isə terror təhdidi. Bu millət deyər ki, mən ac qalaram, ancaq Çanaqqalada Qurtuluş müharibəsində olduğu kimi boyun əymərəm. Trampın təzyiq altında açıqlamalarını və istifadə etdiyi dili düzgün hesab etmirik”.
Xatırladaq ki, D. Tramp Ankara Suriyada YPG-yə hücum edəcəyi təqdirdə, ölkəsinin Türkiyəni müflis edəcəyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top