
Qırğızıstanda 9 uşaqlı Daştekeyev ailəsinin 6 fərdi dəfələrlə şahmat üzrə ölkə və Asiya çempionu olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 44 yaşlı dövlət işçisi Syezbek və Gülbarçin Daştekeyevin 9 övladından 7-si milli və beynəlxalq müsabiqələrdə fərqli dərəcələrdə medallar, diplom və fəxrifərmanlar qazanıb, 6-sı isə Qırğızıstan və Asiya şahmat müsabiqələrində çempion olub. Ailənin başçısı Syezbek Daştekeyev bildirib ki, şahmat oynamağı bacarsa dab u işdə təcrübəli deyil. O övladalrını sadəcə bilikli və özlərini inkişaf etdirməyi bacaran kimi yetişdirdiyini deyib. 8 ildir şahmatla məşğul olan və 9 dəfə ard-arda çempion olan 16 yaşlı Ruslan isə hər nə qədər təhsil alsa da uğurlarını valideyinlərinə borclu olduğunu bildirib.