Polis itdən qorxduğu üçün öz həmkarını vurdu - VİDEO


ABŞ-ın İndiana əyalətində həbsxanadan firar etmiş məhbusun tutulması üçün keçirilən əməliyyat zamanı polislərdən biri səhvlik nəticəsində öz həmkarını silahla vurub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmkarını vuran polisin yaxa kamerası tərəfindən lentə alınan kadrlara əsasən evdə aparılan axtarışdan sonra çıxmağa hazırlaşan polislər evdə olan itin hücumuna məruz qalır. Bu zaman ani reflekslə silahına əl atan Aaron Vrayt önündə dayanan həmkarı Lane Butleri çiynindən yaralayır. Xəstəxanaya aparılan Butlerin vəziyyətinin yaxşı olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top