İranda təyyarə qəzası zamanı 15 nəfər həlak olub​ - VİDEO - YENİLƏNİB


Tehran yaxınlığında qəzaya uğramış İran ordusunun yük təyyarəsinin qalıqları altından həlak olmuş 15 nəfərin cəsədi çıxarılıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində olan 16 nəfərdən biri sağ qalıb. Həlak olan 15 nəfərdən 10-unun şəxsiyyəti müəyyənləşib. Sağ qalan bort mühəndisdir. Xatırladaq ki, Bişkekdən Karac şəhərinə uçan “Boeing 707” yük təyyarəsi qəzaya uğrayıb.



***11:30

İranda yük təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com İranın ISNA informasiya agentliyinə istinadən xəbər verir ki, Qırğızıstana məxsus “Boeing - 707” tipli yük təyyarəsi Bişkek şəhərindən İranın Kerec şəhərinə uçuşu zamanı qəzaya uğrayıb. Kerec şəhərindəki hava limanına enmə zamanı qəzaya uğrayan təyyarədəki 16 nəfərdən 7-i dünyasını dəyişib, bir nəfərin yaralı olduğu deyilir.
Hadisə yerindən yayılan kadrlara əsasən təyyarənin yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğradığı məlum olur.

***10:15


İranda yük təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com
İranın ILNA informasiya agentliyinə istinadən xəbər verir ki, “Boeing - 707” tipli yük təyyarəsi Tehran yaxınlığında qəzaya uğrayıb. İran dövlət televiziyasından verilən məlumata əsasən içində 9 nəfərin olduğu təyyarə Qırğızıstana hava yollarına aid olub.

DİGƏR XƏBƏRLƏR

Top