“Qarabağ”ın yarımmüdafiəçisi klubdan ayrıldı - FOTO


“Qarabağ”ın futbolçusu Coşqun Diniyev Ağdam klubu ilə yollarını ayırıb

Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda sözügedən futbolçunun "Sabah"ın düşərgəsinə qoşulacağı bildirilib. 

Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaqdı.

2015-ci ildən “Qarabağ”da çıxış edən Diniyev, bu komandada 112 matça çıxıb və 5 qolla yadda qalıb.

Ağdam klubu Coşquna yeni komandasında uğurlar arzulayıb.

DİGƏR XƏBƏRLƏR

Top