Sərxoş kişi donaraq öldü - Ağsuda


Ağsu rayonunun Qaraqoyunlu kəndiərazisində yol kənarından meyit tapılıb.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində onun həmin kəndin sakini Məmmədov Çingiz Məmməd oğluna aid olması müəyyən edilib.

İlkin məlumata görə, Ç.Məmmədov həddindən artıq spirtli içki qəbul etdikdən sonra, yıxılaraq yol kənarındakı arxda yatıb və şaxtalı havada soyuq onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top