Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb


Misirin Nümayəndələr Palatası prezident Əbdül Fəttah Əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə imzaladığı fərmanı təsdiq edib.

Bu barədə “Al Youm As Sabi” portalı məlumat yayıb.

Fərmanda bildirilir ki, ölkənin silahlı qüvvələr və polis təhlükəsizliyi təmin etməli, dövlət və özəl mülkləri qorumalı və terrorizmlə mübarizədə lazımi tədbirlər görməlidir.

Xatırladaq ki, ölkədə fövqəladə vəziyyət 2017-ci ilin aprelində Tanta və Aleksandriya şəhərlərindəki xristian kilsələrində terror aktları baş verəndən sonra elan edilib. (AzərTAc)

DİGƏR XƏBƏRLƏR

Top