Şəki rayon sakini yeni avtomobil modelinin dizaynını hazırlayıb - VİDEO


Azərbaycanlı gənc yeni avtomobil modelinin dizaynını hazırlayıb.

 

Şəki rayon sakini, 26 yaşı Ramil Nəcəfov avtomobil modelini "Caspian" adlandırıb. Yeni modelin loqosu milli üslübda hazırlanıb.

 

Dizayner Ramil Nəcəfov deyir ki, bu avtomobil modelinin bir çox üstünlükləri var. Onun məqsədi Azərbaycanda, eləcə də Xəzəryanı dövlətlərdə avtomobil istehsalı ilə məşğul olan şirkətlərin diqqətini cəlb etməkdir.

 

Ramil Nəcəfovun sözlərinə görə, bu layihə təkmilləşdirilərək gələcəkdə yerli avtomobil sənayesinə, həmçinin dünya bazarına çıxarıla bilər. (xezerxeber.az)

DİGƏR XƏBƏRLƏR

Top