Qadınlar arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr məlum olub


Polşa və Niderland 2022-ci ildə qadınlar arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) mətbuat xidməti məlumat yayıb.

Xidmətdən bildirilib ki, dünya çempionatına ev sahibliyi ilə bağlı güclü rəqabət prosesi olub. Niderland və Polşanın 2022-ci ildə qadınların arasında voleybol üzrə dünya çempionatına ev sahibliyi ilə bağlı müraciətinin ən yaxşı olması yekdil səslə qərara alınıb.

Voleybol üzrə dünya çempionatları dörd ildən bir keçirilir. Yarışlar heç vaxt iki ölkədə keçirilməyib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top