Parisdə 200-dən çox etirazçı saxlanıldı: aralarında silah gəzdirənlər var

 
Paris polisi şəhərdə və onun girişlərində “sarı jiletlilər”in manifestasiyaları çərçivəsində 240 nəfər saxlanılıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, saxlanılanlardan 200-ü təcridxanaya yerləşdirilib.
 
Onlar silah və onun yerinə istifadə edilə biləcək əşyalar daşımaqda, hakimiyyət nümayəndələrinə qarşı itaətsizlikdə və hücum etməkdə ittiham olunurlar. Bordo şəhərinin meriyası ətrafında polislər iri toqquşmalar baş verib. Buradakı manifestasiyalarda 7 mindən çox adam iştirak edib. Nümayişlərdə ümumilikdə 84 min nəfər iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top