MHP-li namizəd bozqurd işarəsini göstərmək üçün Ərdoğandan icazə istədi VİDEO

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzonun rayon başçıları vəzifəsinə namizədlərin adlarını açıqlayarkən Ədalət və İnkişaf Partiyasının (AKP) dəstəkləyəcəyi Milliyətçi Hərəkat Partiyasnın (MHP) namizədi Refik Kurukız səhnəyə çağırdıqdan sonar R. Kurukız ondan “Bozqurd işarəsi göstərə bilərəmmi?” deyə icazə istəyib. Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, R. Kurukız adı açıqlandıqdan sonra səhnəyə çıxıb və R.T.Ərdoğanın əlini sıxıb. Ardından dövlət başçısının qulağına yaxınlaşaraq “Bozqurd işarəsi göstərə bilərəmmi?” deyə soruşub. R. Kurukız Türkiyə Prezidentinin “göstər görək” deyə icazə verməsindən sonra bozqurd işarəsini göstərib. Bu zaman R.T. Ərdoğan da rabia işarəsini göstərməyi unutmayıb.

DİGƏR XƏBƏRLƏR

Top