Riçard Almeyda: "Qarabağ" üçün ən yaxşısını etməyə çalışacağam"


"Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evim, ailəmdir".

Bunu Qazaxıstan "Astana"sından "Qarabağ"a icarə əsasında qayıdan Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda deyib.

Əslən braziliyalı yarımmüdafiəçi Ağdam komandasına dönüşünün səbəbini açıqlayıb: "Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birgə uğurlar qazanım və "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, Riçard Almeyda hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsindədir.

Daha əvvəl "Qarabağ" Riçard Almeydanı heyətinə qatdığını açıqlayıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top