Evə qaz dolmasından şübhələnən ev sahibi kranı bağlamaq istəyəndə partlayış olub - YENİLƏNİB


Qazla ehtiyatsız rəftar fəsad törətməkdə davam edir. Yeniavaz.com xəbər verir ki, Göygölün Qırıqlı kəndində qaz sızması fərdi yaşayış evində partlayışa səbəb olub. Dərhal başlayan yanğının qarşısı zamanında alınsa da, bir nəfər xəsarət alıb.
Belə ki, axşamdan etibarən evə dolan qaz səhər saatlarında partlayışla nəticələnib. Yuxudan ayılan ev sahibi, 75 yaşlı Zenfira Məmmədova sızmadan şübhələnərək qaz cihazını söndürməyə çalışıb. Ancaq bu vaxt cihazın avtomatik qığılcım verməsi partlayışla nəticələnib. Hadisə yerində rayon hüquq mühafizə orqanlarının əməkdaşları və Qaz İstismar İdarəsinin nümayəndələri tərəfindən müayinə aparılıb. Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.

*** 16: 13
Göygöldə həyət evində partlayış olub. Yeniavaz.com xəbər verir ki, hadisə Göygöl rayon Qırıqlı kəndində səhər saatlarında baş verib.
Qaz sızması nəticəsində baş verən hadisə zamanı 1943-cü il təvəllüdlü Məmmədova Zemfira Həbib qızı muxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Vüqar Nəbiyev, Göygöl

DİGƏR XƏBƏRLƏR

Top