AKP-nin erməni əsilli millət vəkili: "Ərdoğandan əvvəl kim olduğumuzu gizlətməyə məcbur olurduq"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyasından (AKP) olan erməni əsilli millət vəkili Markar Esayan bildirib ki, bizlər (ermənilər) Ərdoğandan əvvəl adımızı söyləməkdən çəkinirdik. Yeniavaz.com xəbər verir ki, AKP-nin erməni əsilli millət vəkili Markar Esayan özünün "Tvitter" sosial şəbəkəsindəki hesabında yazıb ki,  əvvəllər kim olduğumuzu gizlətməyə məcbur olurduq: "İndi erməni sənətçimiz mərhum Ara Gülər ən yüksək dövlət mükafatına layiq görülür. Suryani (Aysor) qardaşlarımız kilsələrini ilk dəfə Ərdoğanın iradəsilə tikməyə  hazırlaşırlar".  

Məlumat üçün bildirək ki, hazırda TBMM -də erməni əsilli 2 millət vəkili təmsil olunur. AKP-dən olan  Markar Esayanla bərabər TBMM-də Xalqların Demokratik Partiyasından (HDP) olan Qaro Paylan da yer alır. Bundan əvvəlki dönəmdə əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili seçilən erməni - Selina Doğan isə hazırkı parlamentdə yer almayıb.
Onu da qeyd edək ki, AKP-nin erməni əsilli millət vəkili Markar Esayanın dediyindən fərqli olaraq Türkiyədə ermənilər heç bir zaman kim olduqlarını gizlətməyiblər. Ermənilərin TBMM-də təmsil olunmaları ilk dəfə 1935-ci ildə baş tutat 5-ci çağırış parlament seçkilərinə təsadüf edir. İlk dəfə 1935-ci ildə Berç Keresteci adlı erməni Türkiyədə millət vəkili seçilib. Berç Keresteci ardı-arda 3 dəfə millət vəkili seçilərək 1946-cı ilə kimi TBMM-də təmsil olunub. Berç Keresteci eyni zamanda Atatürk tərəfindən Türkiyənin ən yüksək medalı hesab olunan "İstiqlal" medalına da layiq görülüb.
İş adamı olan Kerestecidən sonra - 1946-1950-ci illər arasında TBMM-də erməni millət vəkili olmayıb. 4 illik failədən sonra Andre Vahram adlı erməni Demokrat Partiyasından TBMM-yə üzv seçilib. Bundan başqa Demokrat Partiyasından daha 2 erməni - 1954-cü ildə Zakar Tarver, 1957-ci ildə isə Mıgırdıç Şellefyan millət vəkili seçilə biliblər.
27 may 1960-cı ildə Türkiyədə baş tutan dövlət çevrilişindən sonra təşkil olunan "Qurucu Məclis"də dövlət başçısını təmsil edən 10 nəfərdən 1-i erməni - Hermine Agavni Kalustyan olub.
1961-64-cü illərdə Ədalət Partiyaından olan daha biir erməni - Berç Turan millət vəkili seçilib və bundan sonra uzun illər TBMM-də erməni millət vəkili olmayıb. Yalnız 2015-ci il seçkilərində TBMM-yə 3 fərqli partiyadan 3 erməni deputat seçilib.

DİGƏR XƏBƏRLƏR

Top