Ermənistanda polislə generalın tərəfdarları qarşı-qarşıya gəlib - VİDEO


Ermənistanın paytaxtı İrəvanda general Manvel Qriqoryanın tərəfdarları etiraz aksiyası keçirərək onun barəsində çıxarılan həbs qərarının ləğv olunmasını tələb ediblər. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, etirazçılarla polis arasında qarşıdurma yaranıb.
Etiraz aksiyasının iştirakçıları aeroport yolunu bağlayaraq polisə müqavimət göstəriblər və bu zaman toqquşma baş verib.
Qeyd edək ki, 2000-2008-ci illərdə Ermənistan Müdafiə nazirinin müavini olan Manvel Qriqoryan Qarabağ döyüşlərinin aktiv iştirakçısı olub. Sarkisyan və Koçaryan çütlüyünə yaxınlığı ilə bilinən Manvel Qriqoryan barəsində Paşinyan hakimiyyətə gəldikdən sonra qanunsuz silah saxlama və külli miqdarda dövlət vəsaitini mənimsəmə maddələrilə cinayət işi açılıb. Manvel Qriqoryan 2018-ci il dekabrın 21-də Yerevan məhkəməsinin qərarı ilə 25 milyon dram (486 min dollar) qarşılığında ev dustaqlığına buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top