Makqreqor: Həbib hakimə sızıldayırdı


İrlandiyalı döyüşçü Konor Makqreqor bildirib ki, dağıstanlı Həbib Nurməhəmmədov onunla döyüş zamanı mütəmadi olaraq hakimə irad tutub.
Yeniavaz.com “Life.ru” portalına istinadla xəbər verir ki, irlandiyalı özünün “Instagram” səhifəsində yayımladığı videoda amerikalı boksçu Pol Malinyaci ilə mübahisə edir və onda “sızlamağı dayandırmağı” istəyir. K. Makqreqorun sözlərinə görə, o, eyni sözləri üçüncü raunddan sonra H. Nurməhəmmədova deyib. İrlandiyalı deyib: “Eyni şeyi üçüncü raund başa çatdıqdan sonra Həbibə dedim. O, hər raunda hakimə şikayət edirdi, hətta dördüncü raundda parter vəziyyətində də bunu edib. Əgər kimsə hakimə irad bildirməlidirsə, o, birinci raundda mənəm. Həbib sıfır aktivlik vəziyyətində 4 dəqiqə ayağımdan tutub”.  Xatırladaq ki, H. Nurməhəmmədov oktyabrın 7-də dördüncü raundda boğucu fəndlə K. Makqreqoru məğlub edib və yüngül çəkidə UFC çempion kəmərini qoruyub.

DİGƏR XƏBƏRLƏR

Top