Türkiyə Ukraynaya zərbə PUA-ları satdı

 
Ukrayna Prezidenti Petro Poroşenko ölkə ordusu üçün Türkiyədən 12 ədəd “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatının (PUA) alınması barədə saziş imzalayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu P. Poroşenko özünün “Facebook” səhifəsində yazıb.
O bildirib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşdığımız kimi Ukrayna ordusu üçün “Bayraktar TB2” zərbə PUA-larının alınması haqqında saziş imzalanıb. Bu, operativ-taktiki səviyyəli zərbə PUA-ları yüksək texnoloji xüsusiyyətlərindən başqa, zirehli texnikanın, mühəndis qurğularının, eləcə də dəniz hədəflərinin məhv edilməsi üçün müasir yüksək dəqiqlikli raket silahları ilə komplektləşdirilə bilər”.
Saziş “Ukrboronprom” dövlət  konserninin tərkibinə daxil olan “Ukrspetsproekt” şirkəti və Türkiyənin “Bayrak Makina” şirkəti arasında imzalanıb. Dövlət başçısının sözlərinə görə, müqavilə Ukrayna və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq üzrə tədbirlərin tərkib hissəsidir.
“Bayraktar TB2” Türkiyənin özəl şirkətləri tərəfindən hazırlanan kəşfiyyat PUA-sıdır. Uzunmüddətli uçmaq qabiliyətinə malik taktiki orta hündürlüklü PUA-ya aiddir.  Türkiyənin proqram təminatı və elektronikası ilə təchiz edilib, onun maksimum uçuş kütləsi 650 kiloqramdır.

DİGƏR XƏBƏRLƏR

Top