Partlayışda xəsarət alanların sayı artıb - YENİLƏNİB

Parisdə baş verən partlayışda xəsarət alanların sayı artıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristofer Kastaner özünün "Twitter" səhifəsində bildirib.

O, qeyd edib ki, yaralılardan 10-unun vəziyyəti ağırdır. Onlardan biri ağır vəziyyətdədir. Daha 37 nəfərin vəziyyəti orta ağırdır.

DİN rəhbəri partlayışda ölənlərin ailələrinə dəstəyini ifadə edib. 

***14:11
Parisin mərkəzində baş vermiş partlayış nəticəsində təqribən 20 nəfər xəsarət alıb.

Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə deyib. İnsident yerli vaxtla saat 09:00-da, Treviz və Sent-Sesil küçlələrinin kəsişməsində baş verib. Partlayış yerində yanğın olub. Yanğın birinci mərtəbədə yerləşən çorəkxanada qeydə alınıb, qonşu binaların şüşələri sınıb. Hadisənin qaz sızmasından baş verdiyi güman edilir.
***13:05

Fransanın paytaxtı Paris şəhərinin mərkəzində güclü partlayış baş verib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Treviz küçəsində baş verən hadisə yerinə təhlükəsizlik və xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Partlayış nəticəsində xeyli maddi ziyan dəyib. Polis vətəndaşları ərazidən uzaqlaşmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top