BDU-nun Qazax filialının direktoru vəfat etdi


Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev vəfat edib.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, həm də universitetin coğrafiya fakültəsinin kafedra müdiri olub.

Əfəndiyev 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011- ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.

DİGƏR XƏBƏRLƏR

Top