Bakıda falçı qadın saxlanılıb


Fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.

Yeniavaz.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan bir qadın Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edərək 2018-ci ilin iyul ayında ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin ümumilikdə ondan fala baxmaq adı ilə 600 manat və 4000 manatlıq qızıl-zinət əşyaları aldığını bildirib.

12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu, eləcə də qızıllarını  məsimsəyən Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb.

Saxlanılan şəxs ifadəsində qeyd edilən cinayəti törətdiyini etira edib.  

Onun barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top